AZ

38 yaşlı Messi bombardir oldu

Argentina millisinin futbolçusu Lionel Messi dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin bombardiri olub.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, 38 yaşlı hücumçu Cənubi Amerika zonasında keçirilən seçmə oyunlarda səkkiz qol vurub.

Bu isə 1996-cı ildən bəri turnirin indiki formatda təşkil olunmasından sonra ən aşağı göstərici kimi tarixə düşüb.

2026-cı il Dünya Çempionatına Argentina, Ekvador, Kolumbiya, Uruqvay, Braziliya və Paraqvay birbaşa vəsiqə qazanıblar. Pley-off mərhələsində isə Boliviya mübarizə aparacaq. Venesuela, Peru və Çili mundialdan kənarda qalıb.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Meksika və Kanadada keçiriləcək.

"Cebheinfo.az" 

Seçilən
25
4
cebheinfo.az

6Mənbələr