Azərbaycanın Bəhreyndə səfirliyi açıldıqda diplomatik nümayəndəliklərin sayı 93-ə çatacaq.
"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev komitənin bugünkü iclasında deyib.
O xatırladıb ki, bu ölkə ilə əlaqələr yüksək səviyyədədir və parlamentlər arasında da işçi qrupu fəaliyyət göstərir:
"Azərbaycanın xaricdəki nümayəndəliklərinin artırılması müsbət haldır".
"Cebheinfo.az"