AZ

“Araz-Naxçıvan”ın qapıçısı millidə 11 top buraxdı

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin oyunları davam edir.

"Cebheinfo.az" xəbər verir ki, “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avramın formasını geyindiyi Moldova millisi səfərdə Norveçin qonağı olub. Qarşılaşma ev sahiblərinin 11:1 hesablı qələbəsi ilə başa çatıb.

Kristian Avram da bu oyunda iştirak edib. 31 yaşlı qolkiper matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.

Qeyd edək ki, Moldova millisi qrupda keçirdiyi 5 oyunun hamısında uduzub və sonuncu yerdədir.

"Cebheinfo.az" 

Seçilən
27
cebheinfo.az

1Mənbələr