AZ

Tusk: “Dronlar Belarus ərazisindən gəlib”

AzVision.az xəbər verir ki, Polşanın baş naziri Donald Tusk belə açıqlama səsləndirib.

“İlk dəfədir ki, bu dronların bəziləri birbaşa Belarus ərazisindən Polşaya uçub”, - Donald Tusk ölkə parlamentində çıxışında deyib.

Polşa prezidenti Karol Navrotski isə bildirib ki, ölkə rəhbərliyi NATO müqaviləsi üzrəmüttəfiqlərlə məsləhətləşmələri nəzərdə tutan 4-cü maddəsinin Polşanın hava məkanının pozulması ilə bağlı tətbiqini müzakirə edib. Lakin o, müzakirələrdən sonra qərarın qəbul edilib-edilmədiyini dəqiqləşdirməyib.

NATO:“Polşaya hücum olmayıb”
Navrotski, həmçinin yaranmış vəziyytlə bağlı Polşa Təhülkəsizlik Şurasının iclasını keçirmək niyyətindəolduğunu açıqlayıb.

- Polşada baş verənlər barədə tam məlumat alacağımız mesaj məni 48 saat ərzində Milli Təhlükəsizlik Şurasını çağırmağa vadar etdi. Görüş zamanı vəziyyətə adekvat reaksiya vermək üçünbütün lazımi məlumatlara malik olacağıq”,- prezident Navrotski vurğulayıb.

O, NATO-nun baş katibi Mark Rütte və müttəfiqləri ilə əlaqə saxladığını vurğulayaraq, PUA-larla bağlı insidenti“alyansın tarixində görünməmiş hadisə” adlandırıb.

Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Slavomir Tsentskeviç, öz növbəsində, diqqətə çatdırıb ki, NATO Müqaviləsinin 4-cü maddəsinin tətbiqi ilə bağlı qərar ilk növbədə Polşanın baş naziri və alyansın tərəfdaşlarından asılıdır.

Xatırladaq ki, bundan əvvəl Polşanın baş naziri Donald Tusk NATO-nun baş katibini Polşa səmasının “obyektlər” tərəfindən pozulması və onlara qarşı görülən tədbirlər barədə məlumatlandırdığını bildirib.

Bununla belə, alyansdakı mənbə “Reuters” agentliyinə açıqlamasında NATO-nun son hadisəni Polşaya hücum kimi qiymətləndirmədiyini iddia edib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
19
1
azvision.az

10Mənbələr