AZ

Sevinc Fətəliyeva: “Hücum diplomatiyası”na uyğun olaraq ardıcıl olaraq işlər davam etdirilməlidir

BAKI, 10 sentyabr. TELEQRAF

"Azərbaycanın statusu və imici dəyişib".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu günki iclasında komitə üzvü, deputat Sevinc Fətəliyeva deyib.

O qeyd edib ki, yeni bir reallıq yaranıb:

“Azərbaycanın II Qarabağ müharibəsindən sonra artan mövqeyi bunu təmin edib. Sözsüz ki, bundan sonra daha çox iş görülməlidir. Prezident İlham Əliyevin sülh siyasəti, Azərbycanla bağlı reallığı dünyanın gündəmində saxlaması bizlərdən da daha çox çevik olmağı tələb edir. “Hücum diplomatiyası”na uyğun olaraq ardıcıl olaraq işlər davam etdirilməlidir.

Seçilən
55
teleqraf.com

1Mənbələr