AZ

Trampa qarşı Vaşinqtonda ETİRAZ

ABŞ Prezidenti Donald Tramp, Vaşinqtonun daha təhlükəsiz bir şəhər olduğunu göstərmək məqsədilə axşam saatlarında restoranda yemək yeməyə gedib.

"Cebheinfo.az" xəbər verir ki, Prezident köməkçisi JD Vance və bəzi kabinet üzvlərinin də iştirak etdiyi yemək üçün restorana daxil olan Tramp, müharibə əleyhinə qadınların yaratdığı "CodePink" adlı vətəndaş cəmiyyəti təşkilatının üzvləri tərəfindən etirazla qarşılanıb.

“CodePink” üzvü olan qadınlar Trampa “Fələstinə azadlıq, Vaşinqtona azadlıq” deyə səslənib və bölgədə insanların aclıqdan öldüyünü vurğulayan şüarlar səsləndiriblər.

“Tramp, bu günün Hitleri” kimi şüarlar səsləndirən qadınları bir müddət izləyən Tramp, daha sonra əl işarəsi ilə etirazçıların restorandan çıxarılmasını əmr edib.

Etirazçılar restorandan çıxarılarkən Fələstin mövzusunda şüarlar səsləndirməyə davam ediblər.

Seçilən
12
cebheinfo.az

1Mənbələr