AZ

Gənclər Nepalı alt-üst edəcək: Görün nələr planlaşdırılır

Nepalda etirazlara və iğtişaşlara səbəb olan Z nəsli hərəkatı ölkədə böyük siyasi islahatlara çağıran ictimai bəyannamə qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə "India Today" məlumat yayıb.

Mübarizənin hansısa partiya və ya ayrı-ayrı şəxs üçün deyil, ölkənin gələcəyi üçün aparıldığı vurğulanır. Hərəkatda həlak olanlar şəhid elan ediləcək, ailələrinə hörmət və ehtiram göstəriləcək.

Aksiya iştirakçıları əsasən Nümayəndələr Palatasının dərhal buraxılmasını, həmçinin Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsini və ya ona vətəndaşların və gənclərin iştirakı ilə yenidən baxılmasını, aralıq müddətdən sonra yeni ədalətli seçkilərin keçirilməsini tələb edirlər.

Etirazçılar həmçinin son 30 ildə qeyri-qanuni əldə edilmiş əmlakın dərhal araşdırılmasını və milliləşdirilməsini, beş əsas sektorun: təhsil, səhiyyə, ədliyyə, təhlükəsizlik və rabitə sektorunun yenidən strukturlaşdırılmasını tələb edirlər.

Qeyd olunur ki, Nepal Ordusu 25 noyabr saat 17:00-a qədər qüvvədə qalacaq, inkişaf etməkdə olan vəziyyətdən asılı olaraq əlavə yeniləmələrlə birlikdə ölkə miqyasında komendant saatı elan edib.

Seçilən
46
publika.az

1Mənbələr