AZ

Gələn il Bakıda AQEM-in Nizamnaməsi imzalanacaq

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin (AQEM) Nizamnaməsi gələn il Bakıda imzalanacaq.

"Report" xəbər verir ki, bu barədə AQEM-in baş katibi Kayrat Sarıbay Bakıda keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında bildirib.

O, AQEM-in vahid Nizamnaməsi üzərində işin hələ Qazaxıstanın sədrliyi dövründə başlandığını, Katibliyin digər beynəlxalq təşkilatların nizamnamələrinin müqayisəli təhlilini apardığını xatırladıb.

"2024-cü ilin mart ayında Nizamnamənin əsas müddəaları, iyun ayında isə sənədin sıfır layihəsi təqdim edilib. Bu da sonrakı məzmunlu danışıqlar üçün möhkəm təməl yaradıb. Ötən ilin dekabrından iş davam etdirildi və bu ilin ortalarına qədər layihənin birinci oxunuşu başa çatdırılıb. Bu da üzv dövlətlərə öz mövqelərini təqdim etmək və substantiv müzakirələrə qoşulmaq imkanı verib", - K.Sarıbay qeyd edib.

AQEM-in baş katibi vurğulayıb ki, transformasiya prosesinin kulminasiyası Nizamnamənin qəbul edilməsi olacaq və bu istiqamətdə iş davam edir: "O, həm Xarici İşlər Nazirliyində, həm də Azərbaycan Prezidentinin administrasiyasında bir neçə məsləhətləşmə aparmaq imkanı olduğunu qeyd edib. Bununla yanaşı, sədrliyin öz vəzifələrini dəqiq bildiyinə, Katibliyin isə bu prosesin uğurla başa çatdırılması üçün bütün üzv ölkələrə lazımi dəstək göstərə biləcəyinə əminliyini ifadə edib".

Seçilən
26
qaziler.az

1Mənbələr