AZ

Azərbaycanda 8 yeni laboratoriya qurulacaq - Elnur Bağırov

Bakı. Trend:

Növbəti dövrlərdə daha 8 yeni laboratoriyanın qurulması vəmövcud 7 laboratoriyanın təkmilləşdirilməsi işləri həyatakeçiriləcək.

Trend xəbərverir ki, bu sözləri Antiinhisar və İstehlak Bazarına NəzarətDövlət Agentliyinin sədri Elnur Bağırov Azərbaycan Metrologiyaİnstitutu tərəfindən 7 yeni laboratoriyanın açılış mərasimindəçıxış edərkən deyib.

O vurğulayıb ki, ölçmələrin dəqiqliyi və beynəlxalq tələblərəuyğunluğu isə iqtisadiyyatımızın bütün sahələrində ədalətlirəqabətin, sənaye və ixrac potensialımızın gücləndirilməsinin,habelə istehlakçı hüquqlarının qorunmasının əsas şərtlərindənbiridir.

O bildirib ki, ölkə başçısının 2025-ci il 12 fevral tarixli Fərmanıilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyiyenidən təşkil olunub.

"Bu islahat ölkədə rəqabət mühitinin inkişaf etdirilməsi,inhisarçılıq hallarının qarşısının alınması və bazarda sağlambiznes mühitinin təşviqi baxımından mühüm addım olmaqlaiqtisadiyyatın dayanıqlı inkişafı üçün güclü institusionalmexanizmin formalaşdırılması məqsədini daşıyır.
Bu strateji hədəflərin icrası məqsədilə Türkiyə RespublikasınınTürkiyə Elmi və Texnoloji Araşdırmalar Qurumunun Milli Metrologiyaİnstitutu (TUBİTAK UME) ilə geniş əməkdaşlıq çərçivəsində 12laboratoriyanın yaradılması üçün müqavilə imzalanmışdır. 15noyabr2024-cü il tarixində artıq 5 laboratoriyanın açılışı həyatakeçirilmişdir. Bu gün isə həmin layihənin növbəti mərhələsi olaraqdaha 7 müasir laboratoriyanın istifadəyə verilməsi münasibətiləburadayıq".

"Açılışını etdiyimiz laboratoriyalar aşağıdakı sahələri əhatəedir:
* Fotometriya – işıq axını və işıq intensivliyinin ölçülməsi
* Dalğauzunluğu – uzunluq və optik dalğaların dəqiq ölçmələri
* Xətti-bucaq – məsafə və bucaqların müəyyən edilməsi
* Qüvvə – qüvvə ölçmələri və standartlarının tətbiqi
* Sərtlik – materialların möhkəmliyinin qiymətləndirilməsi
* Elektromaqnit – elektrik və maqnit sahələrinin parametrlərininölçülməsi
* İlkin nəmlik – hava və materiallarda nəmlik göstəricilərinintəyini

Bu laboratoriyalar səhiyyə, energetika, sənaye, rabitə və digərsahələrdə dəqiq və izlənilə bilən ölçmələrin aparılmasına xidmətedəcək, milli etalon bazamızı gücləndirəcək və ölkəmizin beynəlxalqmetrologiya standartlarına uyğunluğunu təmin edəcəkdir"- deyə oəlavə edib.

Onun sözlərinə görə, TUBİTAK UME və digər tərəfdaşlarlaəməkdaşlıq çərçivəsində bağlanılmış müqavilələrə uyğun olaraqnövbəti dövrlərdə daha 8 yeni laboratoriyanın qurulması və mövcud 7laboratoriyanın təkmilləşdirilməsi işləri həyatakeçiriləcəkdir.

Seçilən
11
az.trend.az

1Mənbələr