AZ

Azərbaycanın ən yüksək IMDb reytinqli filmləri hansılardır?

 Azərbaycan kinosu son illərdə dünya səviyyəsində öz yerini möhkəmləndirir. IMDb reytinqinə görə ən yüksək qiymətləndirilən Azərbaycan filmləri də izləyicilər tərəfindən böyük maraqla qarşılanır.

Bakuinfo xəbər verir ki, siyahının zirvəsində 1993-cü ildə çəkilmiş “Fəryad” filmi dayanır. Bu film 8.9 bal ilə ən yüksək reytinqə sahibdir və həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə tanınır.

Daha sonra “Bəxt Üzüyü” (1991) və “Qayınana” (1978) filmləri 8.4 bal ilə izləyicilərin sevimlilərindəndir. Tarixi və sosial mövzuları əhatə edən “Axırıncı Aşıq” (1971) filmi isə 8.7 bal ilə diqqət çəkir.

Klassiklərdən olan “Əhməd Haradadır?” (1964) filmi 8.1 reytinqə malikdir. 1988-ci ildə çəkilən “Qəm Pəncərəsi” filmi isə 8.7 bal ilə müasir Azərbaycan kinosunun nümunələrindəndir.

Bununla yanaşı, “Asif, Vasif, Ağasif” (1983), “Sehrli Pərdənə” (1964), “Məhəllə” (2003) və “Cavid Ömrü” (2007) filmləri də IMDb-də yüksək bal toplamışdır.

Seçilən
57
bakuinfo.net

1Mənbələr