AZ

“Putinin əmri olmasaydı...” “Rusiya dronları bu ölkələrin hava sahəsində də görünəcək”

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

“Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsi fonunda özünü “sülhpərvər” kimi göstərmək üçün tez-tez eyni fikri təkrarlayır: “Rusiyanın NATO ölkələrinə hücum etmək fikri yoxdur. Qərb ölkələrində belə düşünənlər varsa, ağıllarını itiriblər.” Ancaq Kreml sahibi indiyədək o qədər yalan danışıb ki, bu da onlardan biridir. Putinin əmri olmasaydı, Rusiya dronları NATO üzvü olan Polşanın hava sahəsinə daxil olmazdı”.

“AzPolitika” xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu “Facebook” səhifəsində yazıb.

Ekspert hesab edir ki, dronların Polşanın hava sahəsinə daxil olması üçün onlar Ukraynanın qərb bölgələrindən keçiblər. 

Onun sözlərinə görə, müharibə Ukraynanın şərqində gedir, lakin Rusiya dronları cəbhə xəttindən min kilometrlərlə uzaq məsafə qət ediblər: “Putin ABŞ Prezidenti Donald Trampı yalandan tərifləməklə məşğuldur, amma əslində Ağ Ev sahibinin imicinə zərbə vurmaqda davam edir. Prezidentlərin Alyaska görüşündən sonra Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi daha da genişlənib: paytaxt Kiyev bombalanır, mülki insanlar həlak olurlar. Putin Polşanı hədəf seçməklə NATO-nun və Vaşinqtonun reaksiyasını yoxlayır”.

E. Şahinoğlu vurğulayır ki, əgər Vaşinqton və Brüssel əməli tədbirlər görməsələr, Polşadan sonra Rusiya dronları digər NATO üzvləri – Baltik ölkələri və Finlandiyanın hava sahəsində də görünəcək.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
6
azpolitika.info

10Mənbələr