Ankara, 10 sentyabr, AZƏRTAC
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Türkiyə iqtisadiyyatının artımı ilə bağlı proqnozunu yaxşılaşdırıb.
AZƏRTAC xəbər verir ki, 2025-ci ilin ikinci rübündə Türkiyədə ÜDM artımı ilə bağlı rəsmi məlumatlar fonunda reytinq agentliyi ölkənin cari il üçün iqtisadi artım proqnozunu 2,9 faizdən 3,5 faizə qaldırıb.
“Fitch Ratings” analitikləri 2026-cı ildə Türkiyə iqtisadiyyatının artımını 3,5%, 2027-ci ildə isə 4,2% həcmində proqnozlaşdırırlar.
Beynəlxalq reytinq agentliyi Türkiyədə inflyasiyanın azalmasına da diqqət çəkərək qeyd edib ki, onların hesablamalarına görə, cari ilin sonunadək respublikada istehlak qiymətləri indeksinin artımı 28%-ə düşəcəkdir, inflyasiyanın isə 21%, 2027-ci ildə 19% səviyyəsində olacağı gözlənilir.
“Fitch Ratings” ekspertlərinin fikrincə, Türkiyə Mərkəzi Bankı ilin sonuna kimi əsas uçot dərəcəsini 35%-ə endirəcək.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara