AZ

Yardımlıda yanğın oldu

Yardımlı rayonunun Aşağı Astanlı kəndində yanğın olub.Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 60 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 6 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
76
3
metbuat.az

10Mənbələr