AZ

Rusiya PUA-ları Polşaya hücum edib - ABŞ-dən "müharibə aktıdır" reaksiyası

Ötən gecə Rusiyaya məxsus Pilotsuz təyyarələr Polşa ərazisinə hücum ediblər.

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, Polşanın hava məkanının pozulması faktını ölkənin Baş naziri Donald Tusk da təsdiq edib. O bildirib ki, hava məkanını pozan hərbi obyektlərə qarşı əməliyyat davam edir. "Qoşunlarımız obyektlərə qarşı silahdan istifadə edib. Mən, prezident və müdafiə naziri ilə daim əlaqə saxlayıram", - deyə, ölkənin baş naziri Donald Tusk qeyd edib.

Öz növbəsində, respublikanın milli müdafiə nazirinin müavini Sezari Tomçik yazıb ki, Polşa üzərində sərhədi pozan obyektlərin zərərsizləşdirilməsi əməliyyatı davam edir. Ölkənin Baş Qərargahı onu da əlavə edib ki, bu, “vətəndaşların təhlükəsizliyinə real təhlükə yaradan təcavüz aktıdır”.

Respublikaçı konqresmen, ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvü Co Vilson Rusiyanı Polşaya pilotsuz təyyarələrlə hücum etməkdə ittiham edib. O, bunu “müharibə aktı” adlandırıb.

"Bu, müharibə aktıdır və biz NATO müttəfiqlərinə səbəbsiz təcavüzə çevik reaksiyalarına görə minnətdarıq" deyə o yazıb. Wilson həmçinin ABŞ prezidenti Donald Trampı Rusiya hərbi sənayesinə qarşı məcburi sanksiyalar tətbiq etməyə çağırıb.

ElcanMissiya.Az

Seçilən
0
missiya.az

1Mənbələr