AZ

Pekinin yaşlı əhalisinin sayı 5 milyonu ötüb

Bakı, 10 sentyabr, AZƏRTAC

Pekinin yaşlı əhalisinin sayı 5 milyonu ötüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Sinxua agentliyi paytaxt şəhərinin yaşlı əhalisi ilə bağlı hesabat təqdim edib. Hesabatda qeyd edilib ki, belə yüksək nəticə ilk dəfə əldə olunub. Şəhərin 60 və yuxarı yaşlı daimi sakinlərinin sayı 5,14 milyon nəfərə çatıb. Bu göstərici ümumi əhalinin 23,5 faizini təşkil edir.

Statistikaya görə, Pekinin 80 və yuxarı yaşlı daimi sakinləri hazırda 687 min nəfər təşkil edir ki, bu da ümumi əhalinin 3,1 faizinə bərabərdir.

Pekin bələdiyyəsinin mülki məsələlər bürosundan verilən məlumata görə, 2024-cü ildən bəri yaşlılara yüksəksəviyyəli və çoxşaxəli qulluq xidmətlərini gücləndirib. Yerli hakimiyyət orqanları evdə qayğının keyfiyyətini artırmaq üçün ahıllara regional qulluq mərkəzləri yaradıb.

Seçilən
7
2
azertag.az

3Mənbələr