AZ

Güclü xırıldama beyin sağlamlığına ciddi zərər verəBİLƏR

Güclü xırıldama beyin sağlamlığına ciddi zərər verə bilər.

Redaktor.az xəbər verir ki, Nevroloq Baybin Çen "TikTok"da yayımlanan videoda güclü xırıldamanın beyin sağlamlığı üçün təhlükəli ola biləcəyini açıqlayıb.

Mütəxəssis bildirib ki, xüsusilə nəfəsin dayanması ilə müşayiət olunan xırıldama beyinə oksigen çatışmazlığı yaradır və qan damarlarında mikrotravmalara səbəb olur. Bu travmalar isə simptomsuz insultlarla yanaşı, gələcəkdə demensiya riskini də artırır.

Çen xəbərdarlıq edib ki, xırıldama sadəcə narahatlıq deyil, həm də ciddi sağlamlıq problemi ola bilər və bunun qarşısını almaq üçün vaxtında müalicə vacibdir.

Aytəkin TOFİQQIZI

Seçilən
58
1
redaktor.az

2Mənbələr