AZ

Günah televiziya və aparıcılardadır

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"İndi çıxıb ağzına gələni danışır və həmin an məşhur olur. Adi bir şeydən məndə ruh düşgünlüyü yaranır. Bu da mənim sənətimə təsir edir. Zeynəb Xanlarova simasında müğənnilik sənətinə gözəl baxırdılar".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova dicey Kazım Sübhanın 106.3 FM-də qonağı olarkən deyib. Müğənni verilişlərdən, aparıcılardan və çağrılan qonaqlardan şikayətlənib:

"Çox savadsız ifaçılar baş alıb gedir. Bunun günahı televiziya və bəzi aparıcılardadır. Gətirib haralara çıxarırıq, sonra deyirik ki, bunlar niyə belə çaşıblar? Yaxşılardan müğayiət olaq, pislər özlərinə yer tapacaqlar. Savadsızlar bunu başının telindən tutmuş, ayaqqabısına qədər büruzə verirlər. Hələ utanmasalar sənə, mənə dərs deyərlər. Bu gün də özümdən 5 yaş böyük sənətkar görəndə durub yer verirəm. Onlar əyləşir, deyir, hə gəl... Elə bilirsən hamı məni bəyənir? Yox... Onları görəndə ikiqat əyilirdim. O qədər sınıram ki, küskünləşirəm. Niyə ürəyimin açıqlığından istifadə edirsiniz? Sənət aləmində mənim qədər gənclərə dəstək olan ikinci adam yoxdur. Amma həmişə də nankorluq görmüşəm".

Övladlarından danışan K.Kərimova kövrəlib:

"Dünyada keçilməz varlıq övladlarımdır: Rəşad və Ləman. Mənim üçün Günəş onlarla çıxır, Ay onlarla batır (kövrəlir)". 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
axsam.az

1Mənbələr