AZ

Cari əməliyyatlar balansında 2.3 mlrd. dollar müsbət saldo yaranıb

Tədiyə balansının cari əməliyyatlar balansında 6 ay ərzində 2.3 mlrd. ABŞ dolları məbləğində və ya ÜDM-in 6.3%-i səviyyəsində müsbət saldo qeydə alınıb.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, 2025-ci ilin 7 ayında xarici ticarət balansının müsbət saldosu 1.6 mlrd. ABŞ dolları təşkil edib.

Bankdan o da qeyd edilib ki, Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının sərbəst qalığının yerləşdirilməsi üzrə keçirilən depozit hərracları bank sektorunun likvidlik mövqeyinə artırıcı təsir göstərməkdə davam edib.

Bu şəraitdə Mərkəzi Bank 1 həftəlik açıq bazar əməliyyatları ilə pul siyasətindən kənar amillərin AZIR-ə təsirini minimallaşdırmağa çalışır. Pul bazarında aktivlik yüksək olaraq qalır. 2025-ci ilin 8 ayında ötən ilin müvafiq dövrünə nəzərən təminatsız bazarda əqdlərin sayı 19% artıb.

Seçilən
41
teleqraf.com

1Mənbələr