AZ

Kral ailəsi şahzadə Dianaya ölümündən sonra necə xəyanət etdi

Kral ailəsi şahzadə Dianaya ölümündən sonra da xəyanət edib.

OLAY yazır ki, RadarOnline-ın yazdığına görə, buna səbəb Bukingem sarayının Diananı onun son sevgilisi Dodi əl-Fayədin şeiri ilə dəfn etməyə razılaşmaması olub. Məlumata görə, eləcə də avtoqəza ərəfəsində Dodi tərəfindən hədiyyə edilən üzük tabuta qoyulmayıb.

Məsələyə bələd mənbə bildirib:

“Diananı Dodinin şeiri və üzüyü ilə dəfn etməmək ən yüksək qəddarlıq idi. Bu, hakim elitanın onların sevgi hekayəsini silmək qərarlılığını göstərirdi. O, parlaq rəngləri və azadlığı sevirdi, amma onlar onu heç vaxt seçməyəcəyi qara rəngli, dini simvollarla bəzədilmiş libasla dəfn etdilər”.

Qeyd olunur ki, həmin üzüyü sonradan Dodinin atası Məhəmməd əl-Fayəd kral ailəsi geri qaytardıqdan sonra özünə məxsus Harrods mağazasında nümayiş etdirib. Üzükdə “Mənə “hə” de” sözləri həkk olunmuşdu. Lakin Dodinin həqiqətənmi Dianaya evlilik təklifi etdiyi artıq heç vaxt dəqiq bilinməyəcək.

Seçilən
34
1
olay.az

2Mənbələr