AZ

Hindistanda həkim 10 saatda 21 qeysəriyyə əməliyyatı edib

Hindistanda Quvahati (Assam ştatı) şəhər xəstəxanasının ginekoloji cərrahı on saatlıq növbədə 21 qeysəriyyə əməliyyatı keçirməyi bacarıb. Həkimin işi yerli səhiyyə orqanlarında suallar doğurub.

Bu barədə "The Times of India" məlumat yayıb.

Kantesvar Bordoloy adlı baş cərrah yerli səhiyyə orqanından etdiyi əməliyyatlarla bağlı bildiriş alıb. Həkimə hər bir əməliyyat, o cümlədən onlara hazırlıq və sterilizasiya protokollarına riayət edilməsi barədə ətraflı hesabat təqdim etmək tapşırılıb.

Xəstəxanaya baş çəkən müfəttişlər tərəfindən ciddi pozuntular qeydə alınıb.

Xəbərdarlığa cavab olaraq həkim bildirib ki, onun hərəkətlərində qeyri-adi heç nə yoxdur. Onun sözlərinə görə, xəstələrin vəziyyətinə və tibbi göstəricilərə əsasən əməliyyatlar edib və ona qarşı bu cür hücumlar davam edərsə, dövlət qulluğundan istefa verə bilər.

O izah edib ki, bir qeysəriyyə əməliyyatı adətən 25 dəqiqə çəkir, fəsadları az olan hallarda isə əməliyyat 15 dəqiqəyə aparıla bilər. Onun sözlərinə görə, sterilizasiyalar növbə ilə həyata keçirilə bilər, çünki əməliyyat otağında iki masa var. Onun sözlərinə görə, 21 hadisədən 19 ananın vəziyyəti stabildir. Qadınlardan yalnız ikisi hələ də xəstəxanadadır.
Seçilən
13
3
7news.az

4Mənbələr