AZ

Ukrayna millisinin qapıçısı Azərbaycanla heç-heçə nəticələnən oyunu “biabırçılıq” adlandırıb

Ajans.az xəbər verir ki,bu barədə “Tribuna” nəşri məlumat yayıb. Oktyabrın 9-da baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Trubin oyunun nəticəsini şərh edərkən bildirib ki, belə rəqiblərə qarşı qələbə qazanmaq vacibdir və bu cür heç-heçə Ukrayna komandası üçün “biabırçılıqdır”. “Bu, çox, çox pisdir, çünki belə matçlarda qalib gəlmək, belə rəqibləri məğlub etmək lazımdır. Nəyin və necə olmasının əhəmiyyəti yoxdur”, – deyə Trubin vurğulayıb. Milli komandanın qapıçısı həmçinin hər bir futbolçunu öz oyununu ciddi şəkildə təhlil etməyə və qarşıdakı toplanışa ciddi yanaşmağa çağırıb. “Növbəti təlim-məşq toplanışı həlledici olacaq”, – deyə o əlavə edib. İki turdan sonra Ukrayna millisi D qrupunda cəmi bir xalla üçüncü yerdə qərarlaşıb ki, bu da komandanın dünya çempionatına vəsiqə şanslarını ciddi şəkildə sual altına alır.

 

Seçilən
75
Ajans.az

1Mənbələr