Bakı, 10 sentyabr, AZƏRTAC
Sentyabrın 9-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 13 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 67 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə məlumatda bildirilib.