AZ

Tramp Moskva ilə bağlı liderlərə söz verdi: bir şərti var

ABŞ Prezidenti Donald Tramp Avropanı Rusiyanın ticarət tərəfdaşlarına qarşı kütləvi rüsumlar tətbiq etməyə çağırıb.

Olaylar.az xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" qəzeti yazıb.

Bildirilib ki, Ağ Ev rəhbəri yalnız bundan sonra ölkəsinin addım atacağına söz verib.

"Tramp Rusiyaya təzyiqi artırmaq üçün Avropa İttifaqını (Aİ) xüsusilə, Hindistan və Çinə qarşı 100 faiz ikinci dərəcəli tariflər tətbiq etməyə səsləyib. O, bu təklifi Avropa liderləri ilə Moskvanı sülhə məcbur edəcək tədbirlərlə bağlı müzakirələr zamanı irəli sürüb.

Son həftələrdə Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın sülh razılaşması əldə etmək səylərinə baxmayaraq, Ukrayna şəhərlərini bombalamağa davam etdiyi üçün Tramp daha çox məyus olub", - deyə qəzetdə qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
olaylar.az

1Mənbələr