Bakı, 10 sentyabr, AZƏRTAC
“İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası ikinci günündə işini iclaslarla davam etdirir.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən forumda “Beynəlxalq təşkilat kimi AQEM - transformasiya və institusional potensialın artırılması”, “Yeni Asiya nizamının formalaşması” və digər mövzular müzakirə ediləcək.
Xatırladaq ki, bu gün AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının son günüdür.