AZ

Aİ Mərkəzi Asiya ilə əməkdaşlıq çərçivəsində yeni strateji yanaşma qəbul edib

Avropa İttifaqı Mərkəzi Asiya ilə əməkdaşlıq çərçivəsində infrastruktur sahəsindəki mövcud çağırışlara cavab olaraq yeni strateji yanaşma qəbul edib. Bunu Ukrayna səfiri Yuriy Husyev deyib.

Onun sözlərinə görə, yeni strategiya regionda maliyyə, enerji və rəqəmsal dəhlizlərin inkişafını nəzərdə tutan üçmərhələli gündəmi əhatə edir.

"Aİ rəsmilərinin açıqlamasına görə, bu təşəbbüs təkcə infrastruktur layihələri ilə məhdudlaşmır, həmçinin sabit, təhlükəsiz və firavan bir regional mühitin yaradılmasına xidmət edir. Məqsəd inklüziv tərəfdaşlıqların və ağıllı biznes mühitlərinin təşviqidir. Belçika isə Avropa İttifaqının təsisçi üzvlərindən biri və qlobal logistika tərəfdaşı kimi bu təşəbbüslərə mühüm töhfə verə biləcək ölkələrdən hesab olunur",- səfir sentyabrın 10-da keçirilən Qara dəniz və Xəzər logistika forumunda vurğulayıb.

Aytac Zeynalova

Seçilən
30
1
anews.az

2Mənbələr