Bakı. Trend:
Azərbaycan dövləti üçün su ehtiyatlarının davamlı idarə edilməsistrateji əhəmiyyət daşıyır. Son illərdə ölkəmizdə bu sahədə genişislahatlar həyata keçirilir, milli su strategiyası hazırlanıb vəuğurla icra olunur.
Trend xəbərverir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədriZaur Mikayılov bu gün Bakıda keçirilən 2-ci Beynəlxalq SuTəsərrüfatı Sərgi və Konfransının - “Baku Water Week”in (Bakı SuHəftəsi) açılış mərasimində deyib.
O vurğulayıb ki, məqsəd həm su təhlükəsizliyini təmin etmək, həmdə təmiz suya çıxışı hər kəs üçün əlçatan etməkdir: "Əminəm ki, buhəftə ərzində keçiriləcək panel müzakirələr, təqdimatlar və fikirmübadilələri milli su strategiyamızın hədəflərinə çatmaqda mühümrol oynayacaq, yeni ideyaların formalaşmasına və beynəlxalqəməkdaşlığın möhkəmlənməsinə böyük töhfə verəcək.
Bu fürsətdən istifadə edərək tədbirin yüksək səviyyədə təşkilinədəstək verən dövlət qurumlarına, tərəfdaş təşkilatlara və bütüniştirakçılara təşəkkürümü bildirirəm".
"Xüsusi olaraq qeyd etmək istərdim ki, bu gün bizimlə bərabərhörmətli dövlət rəsmilərimiz – Azərbaycan RespublikasıPrezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi cənab MuxtarBabayev, Ekologiya və Təbii Sərvətlər naziri cənab Rəşad İsmayılovvə Kənd Təsərrüfatı naziri cənab Məcnun Məmmədov da iştirakedirlər. Onların bu tədbirə qatılması ölkəmizdə su ehtiyatlarınınidarə olunmasına verilən yüksək dövlət qayğısının göstəricisidir",- deyə sədr qeyd edib.