AZ

Polşa prezidenti də açıqladı: Hava məkanını pozulması…

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Polşa Prezidenti Karol Navrotski ölkənin hava məkanının pozulması fonunda Silahlı Qüvvələrin rəhbərliyi ilə davamlı əlaqə saxladığını açıqlayıb.

Axar.az xəbər verir ki, o, bu barədə özünün rəsmi X səhifəsində paylaşım edib.

“Mən Silahlı Qüvvələrin Əməliyyat Komandanlığında keçirilən brifinqlərdə iştirak etmişəm. Tezliklə Milli Təhlükəsizlik Bürosunda baş nazirin də iştirak edəcəyi brifinq keçirəcəyəm. Vətənimizin təhlükəsizliyi əsas prioritetimizdir və bu, sıx əməkdaşlıq tələb edir”, - Navrotski qeyd edib.

Qeyd edək ki, sentyabrın 10-da səhər Polşa ordusunun əməliyyat komandanlığı ölkənin hava məkanını pozan PUA-ların müəyyən olunaraq məhv edildiyini açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
1
axar.az

2Mənbələr