AZ

Araikgilin ailəsi Bakıya gələ bilər

Hurriyyet portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ermənistan parlamentinin müxalifətdən olan üzvü Tiqran Abramyan Qızıl Xaç Cəmiyyətinin Bakı ofisinin bağlanmasından narahatdır. Deputatın sözlərinə görə, "Qırmızı Xaç" yeganə beynəlxalq təşkilat idi ki, “erməni hərbi əsirlərə” baş çəkib, onların səhhətindən tutmuş psixoloji vəziyyətinə qədər yerindəcə qiymət verə bilirdi. 

Bundan əlavə, deputat çərənləyib ki, təşkilat “hərbi əsirlərə qarşı zorakılığın azaldılmasında da mühüm rol oynayıb”. Abramyan iddia edib ki, Azərbaycan “rəsmi olaraq 23 hərbi əsir olduğunu təsdiqləyib, amma reallıqda səkkizə yaxındır”. O hesab edir ki, yalnız “Qırmızı Xaç” bu məsələ ilə effektiv şəkildə məşğul ola bilər.

Göründüyü kimi, erməni deputat həm rəqəmləri saxtalaşdırır, həm hərbi caniləri əsir adlandırır, həm də Qırmızı Xaç Komitəsinin Bakıdan gedişindən guya həyəcanlanır. Halbuki erməni hərbi canilərin saxlanma şəraitindən narazılığı yoxdur, ailələri ilə əlaqə saxlanmasına şərait yaradılır. Üstəlik, Ermənistandan nümayəndələr gəlib onlarla görüşə bilər. 

Hətta Bakı ilə İrəvan arasında razılaşma əldə olunaraq həmin şəxslərin ailələrinin Azərbaycana gəlməsi, onlarla görüşməsi də istisna deyil. Onların təhlükəsizliyinə təbii ki, təminat veriləcək. Necə ki, baş nazir Paşinyan ilk dəfə Azərbaycanın hava məkanından istifadə edərək təyyarəsi Çinə uçub. Yəni ölkələr arasında etimad mühiti möhkəmləndikcə, hər hansı beynəlxalq təşkilatın vasitəçiliyinə zərurət qalmır. 

Bəs Araik və digərlərinin ailələrinin Bakıya gəlişinə şərait yaradıla bilərmi? 

Nazir Bakını tıxacdan qurtarmağı tapşırdı - problemli ərazilər

Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Araik və digərlərinin ailələrinin Bakıya gəlməsi hüquqi baxımdan mümkündür: “Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimad və humanitar əməkdaşlıq prinsipləri nəzərə alınmaqla, onların ailələrinin ölkəyə səfəri üçün hüquqi və diplomatik mexanizmlər mövcuddur. Beynəlxalq Humanitar Hüquq, xüsusilə Cenevrə konvensiyaları, onların olduğu statusdakı şəxslərin saxlanması və onların ailə üzvləri ilə əlaqələrinin qorunmasını təmin edir. Hər bir şəxsin ailəsi ilə görüş hüququ, insan hüquqları prinsipləri çərçivəsində tanınır və təmin edilir. Azərbaycan qanunvericiliyi və mövcud normativlər əsasında həbsdəki şəxslərin ailələrinin təhlükəsiz və nəzarətli şəraitdə ölkəyə gəlişi mümkündür. Bu cür səfərlər humanitar xarakter daşıyır və dövlət təhlükəsizliyinə ciddi risk yaratmır. Hazırda ölkələrimiz arasında əldə olunmuş razılaşmalar, məsələn, hava məkanından istifadə və humanitar səfərlər əsasında, ailələrin görüşü və əlaqə saxlaması mümkün olur. Bu, həm də etimad mühitinin möhkəmlənməsinə xidmət edir. 

"Qırmızı Xaç" kimi beynəlxalq təşkilatlar humanitar vasitəçilik funksiyasını icra edir. Lakin Azərbaycan tərəfi tərəfindən təmin edilən şəffaf və təhlükəsiz mexanizmlər, ailələrin gəlməsini ayrıca təşkilatın iştirakı olmadan da mümkün edir. Hüquqi baxımdan Araikgilin və digər erməni əsilli şəxslərin ailələrinin Bakıya gəlməsi mümkündür və bunu həm beynəlxalq humanitar hüquq, həm də Azərbaycan qanunvericiliyi dəstəkləyir. Bunun üçün diplomatik razılaşma və dövlət tərəfindən təmin olunan təhlükəsizlik tədbirləri kifayətdir. Belə görüşlər həm humanitar, həm də siyasi etimadın möhkəmlənməsi baxımından əhəmiyyətlidir".Natiq Ələsgərov deyib ki, bütün dünya yaxşı bilir ki, 30 illik işğal dövründə erməni silahlı birləşmələri Qarabağda insanlıq əleyhinə cinayətlər törədib. Şəhər və kəndlərimiz dağıdılıb, minlərlə günahsız insanın həyatı ilə oyun oynanıb: “Bütün bunlar hamısı beynəlxalq hüququn açıq pozuntularıdır. Buna baxmayaraq, Azərbaycan göstərir ki, hüquq və humanizm prinsipləri təkcə kağız üzərində qalmır. Dövlətimiz beynəlxalq norma və konvensiyalardan çıxış edərək, əsirlərin ailələri ilə görüşlərini təmin etməyə hazırdır. Azərbaycan tərəfi bununla həm humanitar məsuliyyətini yerinə yetirir, həm də beynəlxalq arenada etik və hüquqi nüfuzunu möhkəmləndirir. Əslində biz göstəririk ki, ədalət və humanizm prinsipləri keçmiş cinayətlərdən asılı olmayaraq tətbiq olunur. Bu, dövlətin gücünü və məsuliyyətini nümayiş etdirir. Qeyd edək ki, belə addımlar Ermənistanla münasibətlərin normallaşması, etimad mühitinin möhkəmlənməsi və bölgədə sülhün təminatı üçün də vacibdir. Azərbaycan qanun və humanizm arasında düzgün tarazlıq yaratmaqla həm haqqı qoruyur, həm də beynəlxalq standartlara əməl edir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
3
hurriyyet.az

4Mənbələr