AZ

Hikmət Hacıyev ABŞ-da senator Stiv Deyns və konqresmen Brayan Mast ilə görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da senator Stiv Deyns və Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri, konqresmen Brayan Mast ilə görüşüb.

 

Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

 

Məlumatda bildirilib ki, tərəflər Prezident İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-də Vaşinqtonda keçirilmiş sammitin strateji əhəmiyyətini və onun Azərbaycan–ABŞ münasibətləri, həmçinin regional sülh üçün müsbət nəticələrini vurğulayıblar.

 

Hikmət Hacıyev 907-ci düzəlişin ləğv edilməsinin vacibliyini qeyd edib və Azərbaycana səfər üçün dəvət ünvanlayıb.

Tarix: 10 Sentyabr 2025, 09:18   
Seçilən
2
21
pravda.az

10Mənbələr