AZ

Məhkəmə şirkətin pulunu mənimsəyən satış təmsilçisi ilə bağlı qərarı açıqladı

Şirvan Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Elsevər Quluzadənin (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


İttihama görə, Elsevər Quluzadə MMC-lərin birində 2021-2023-cü illərdə satış təmsilçisi vəzifəsində işləyib. O, Şirvan şəhəri, Hacıqabul, Salyan və Neftçala rayonları ərazisində yerləşən mağazalara və apteklərə mal və məhsullar verib. Lakin verdiyi mal və məhsulların 16 628,51 manat pulu mənimsəyib.


Şirvan Şəhər Məhkəməsinin hökmü ilə o, 3 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub.

 

Kamal Məmmədov 

Tarix: 10 Sentyabr 2025, 09:13   
Seçilən
18
pravda.az

1Mənbələr