Demokrat.az xəbər verir ki, Budapeştdəki Puşkaş Arenada Macarıstan millsi Portuqaliya seçməsini qəbul edib.
Oyunda hesabı 21-ci dəqiqədə Varqanın qolu ilə meydan sahibləri açsalar da, sonda sevinən tərəf qonaqlar olub.
36-cı dəqiqədə Silva dəqiq zərbə ilə hesabı bərabərləşdirib. 56-cı dəqiqədə Kriştianu Ronaldu penaltidən fərqlənərək komandasını önə çıxarıb. Bununla da, 40 yaşlı futbolçu dünya çempionatının seçmə oyunlarında qol sayına görə mövcud rekordu təkrarlayıb. O, 39-cu qolunu vuraraq qvatemalalı Karlos Ruizə çatıb.
84-cü dəqiqədə Varqa dubla imza atmaqla hesabda tarazlıq yaratsa da, 2 dəqiqə sonra Konselo Portuqaliyaya 3 xalı qazandıran qolu vurub - 2:3.
Bu qələbə sayəsində Priney təmsilçisi 6 xalla F qrupunda liderdir. Macarıstan isə cəmi 1 xalla üçüncü pillədə qərarlaşıb.
10Mənbələr
-
tribunainfo.azRonaldo qol vurdu, Portuqaliya qalib gəldi ( 21181570)
-
demokrat.azRonaldu qol vurdu, Portuqaliya qalib gəldi VİDEO ( 21181537)
-
demokrat.azRonaldu qol vurdu, Portuqaliya qalib gəldi — VİDEO ( 21181507)
-
moderator.azDÇ-2026 seçmə mərhələsi: Ronaldo qol vurdu, Portuqaliya qalib gəldi ( 21178156)
-
oxu.azDÇ-2026 seçmə mərhələsi: İngiltərə yığmasından darmadağın ( 21178153)
-
oxu.azDÇ-2026 seçmə mərhələsi: Ronaldu qol vurdu, Portuqaliya qalib gəldi ( 21178057)
-
moderator.azDÇ-2026 seçmə mərhələsi: Bu gün daha doqquz görüş keçiriləcək ( 21140299)
-
oxu.azDÇ-2026 seçmə mərhələsi: Bu gün daha doqquz görüş keçiriləcək ( 21140227)
-
oxu.azDÇ-2026 seçmə mərhələsi: Azərbaycan Ukrayna ilə üz-üzə ( 21139213)
-
oxu.azDÇ-2026 seçmə mərhələsi: İsrail - İtaliya matçında qol yağışı ( 21137728)