AZ

Tramp Vaşinqton restoranında Qəzza etirazı ilə üzləşdi

Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda şam yeməyi üçün getdiyi restoranda etiraz aksiyası ilə üzləşib.

Bakıvaxtı.az bu barədə xarici mənbələrə istinadla xəbər verir.

Belə ki,  müharibə əleyhdarı “CodePink” təşkilatının üzvləri Trampın İsraili dəstəkləməsinə etiraz edərək “Fələstinə azadlıq” şüarları səsləndiriblər.

Etirazçılar Trampı “bu günün Hitleri” adlandırıblar. Onlar qısa müddət sonra restoranın mühafizəçiləri tərəfindən bayıra çıxarılıblar.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
bakivaxti.az

1Mənbələr