AZ

Ukrayna millisinin qapıçısı Azərbaycanla oyundan sonra: Bu, biabırçılıqdır

BAKI, 10 sentyabr. TELEQRAF

“Bu oyundan hansı təəssürat ola bilər? Məncə, bu, biabırçılıqdır. Çox-çox pis nəticədir. Çünki belə oyunları udmaq, bu cür rəqibləri məğlub etmək lazımdır”.

Teleqraf xəbər verir ki, bu sözləri Ukrayna millisinin qapıçısı Anatoliy Trubin Azərbaycanla DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında bildirb.
Qapıçı heç-heçəni məğlubiyyətə bərabər hesab edib: “Nə və necə olmasından asılı olmayaraq, qələbə qazanmalıyıq. Əgər irəliləmək istəyiriksə, hər kəs fərdi şəkildə öz üzərində düşünməlidir. Növbəti toplanış həlledici olacaq, ona görə də məqsədlərimizi necə yerinə yetirəcəyimiz barədə düşünməliyik”.

Azarkeşlər barədə danışan Trubin onların dəstəyini yüksək qiymətləndirib:
“Onlar hər zaman ən yaxşısıdır. Onlara heç bir irad ola bilməz. Harada oynamamızdan asılı olmayaraq, daim yanımızdadırlar. Buna görə onlara böyük təşəkkür edirəm”.

Seçilən
67
teleqraf.com

1Mənbələr