AZ

Dünya fond bazarlarının əsas göstəriciləri

Dünya

Sentyabrın 9-da ABŞ fond bazarlarında əsas indekslər artım davam edib.

“APA-Economics” xəbər verir ki, “Dow Jones Industrial Average” 0,43% artaraq 45 711,34 bənd, S&P 500 indeksi 0,27% artımla 6 512,61 bənd, “Nasdaq Composite” 0,37% yüksələrək 21 879,49 bənd təşkil edib.

Həmçinin “NYSE Composite” 0,09% artaraq 21 193,11 bənd, Kanadanın “S&P/TSX Composite” indeksi isə 0,12% artımla 29 063,01 bənd səviyyəsinə qalxıb.

Avropa bazarlarında da əsasən indekslərdə artım müşahidə olunub. Euro Stoxx 50 indeksi 0,11% artaraq 5 368,82 bənd, Böyük Britaniyanın FTSE 100 indeksi 0,23% artımla 9 242,53 bənd, Fransanın CAC 40 indeksi 0,19% artaraq 7 749,39 bənd təşkil edib. İspaniyanın IBEX 35 indeksi 0,14% artımla 15 023,90 bəndə yüksəlib. Yalnız Almaniyanın DAX indeksi 0,37% azalaraq 23 718,45 bəndədək enib.

Analitiklər bildirirlər ki, ABŞ bazarlarında texnologiya sektorunun dayanıqlı göstəriciləri artımı dəstəkləyib. Avropada isə Almaniyanın sənaye şirkətləri üzrə zəif göstəricilər DAX indeksinə mənfi təsir göstərib.

Seçilən
4
2
xalqcebhesi.az

3Mənbələr