AZ

De Qollun nəvəsi: Makronun hakimiyyəti Fransanı xaosa və suverenliyin itirilməsinə gətirib çıxardı

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Fransada prezident Emmanuel Makronun hakimiyyəti dövləti iqtisadiyyat və təhlükəsizlik sahəsində uğursuzluqlara, eləcə də ölkənin suverenliyinin məhvinə gətirib çıxarıb.

Bizimyol.info xəbər verir ki, bunu Beşinci Fransa Respublikasının banisi, general Şarl de Qollun nəvəsi Pyer de Qoll deyib.

“Makronun hakimiyyəti indiyədək Fransanı yalnız məğlubiyyətlərə aparıb. Bu, iqtisadi sferaya, sosial sahəyə, təhlükəsizlik sahəsinə aiddir. İndi isə, bildiyiniz kimi, Fransa hökumətində böhran yaranıb”, - deyə Pyer de Qoll qeyd edib.

Onun sözlərinə görə, Makron indi "Fransa əhalisinin yalnız kiçik bir hissəsini, 20 faizdən azını" təmsil edir. “Təəssüf ki, o, hələ də davam edən, aradan qalxmayacaq siyasi böhrana səbəb oldu. O, prezidentə böyük səlahiyyətlər verən Beşinci Respublika konstitusiyasından bəhrələnir. Bu, mənim babamın düşündüyü konstitusiyadır və bildiyiniz kimi, babam azlıqda olanda istefa verdi, bu, 1969-cu ildə baş verdi. Amma təəssüf ki, prezident Makronun general de Qollla çox az ümumi cəhətləri var. Çünki Makron mənim ölkəmin həm milli hissini, həm də suverenliyini məhv etdi”, - deyə Pyer de Qoll əlavə edib.

Sentyabrın 8-də Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) deputatlarının əksəriyyəti baş nazir Fransua Bayrunun proqram xarakterli çıxışından sonra ölkə hökumətinə etimadın əleyhinə səs verib.

Bazar ertəsi keçirilən dinləmələr zamanı Bayrou, ilk növbədə, dövlət borcunun sürətlə artması ilə əlaqədar ölkə iqtisadiyyatındakı böhran vəziyyətinə diqqət çəkib. O, həmçinin 2026-cı ildə təxminən 44 milyard avroya qənaət edəcək dövlət xərclərini məhdudlaşdırmaq üçün iyul ayında təqdim etdiyi planı müdafiə edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
bizimyol.info

1Mənbələr