AZ

Rusiya “Kreml sehrbazı” filmi ilə bağlı QƏRAR VERDİ

Rusiya lideri Vladimir Putinin rolunu məşhur aktyor Cud Lounun canlandırdığı “Kreml sehrbazı” filmi Rusiyada nümayiş etdiriləcək.

Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki , bir neçə kinoteatr premyeraya hazırlaşır, lakin filmin nümayiş tarixi dəqiqləşdirilməyib.

Sentyabrın 3-də Putin “Kreml sehrbazı” filminə hələ baxmadığını deyib və bu barədə ilk dəfə eşitdiyini etiraf edib.

“Kreml sehrbazı” filmi Culiano da Empolinin eyniadlı kitabı əsasında lentə alınıb. Uyğunlaşmanı fransız rejissor və ssenarist Olivier Assayas ("İrma Vep", "Sils Mariya buludları", "Şəxsi alıcı") üzərinə götürüb. Süjet 1990-cı illərdə, siyasi strateq Vadim Baranovun ( Paul Dano ) Rusiyanın gələcək prezidentinin müşaviri olduqda cərəyan edir. Filmdə həmçinin Alisiya Vikander, Zak Qalifianakis və Tom Sturric də çəkilib.

Seçilən
28
publika.az

1Mənbələr