AZ

Rusiya bu şəhəri HƏDƏF ALDI -  Sənaye obyektlərinə zərbələr endirdi

Ukraynanın Vinnitsa şəhərində səhər saatlarında partlayış səsləri eşidilib, sənaye obyektlərinə zərbələr endirilib.

Musavat.com xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Vinnitsa meri Sergey Morqunov və Vinnitsa Regional Dövlət Administrasiyasının rəhbəri Nataliya Zabolotnaya istinadən məlumat yayıb.

Regional administrasiya rəhbərinin sözlərinə görə, hücum zamanı əsasən mülki sənaye obyektləri hədəf alınıb. Ölənlər və ya yaralananlar barədə hələlik məlumat verilməyib.

Bölgədə hava hücumu sirenləri hələ də aktivdir.

"Ətraflı məlumat sonra veriləcək. İşıqlar sönənədək təhlükəsiz yerlərdə qalın", - deyə Vinnitsa meri sakinlərə çağırış edib.

Qeyd edək ki, sentyabrın 10-u səhər saatlarında Vinnitsa, Rusiya ordusunun qanadlı raketlərlə hücum etdiyi Ukrayna bölgələrindən biri olub. Raketlər Kiyev və Jitomir vilayətlərindən keçərək qərb rayonlarına yönəldilib. Lvov və Zakarpatya bölgələrində də təhlükə barədə xəbərdarlıq edilib.

Həmçinin, bir sıra rayonlarda “Şahid” dronlarına görə hava hücumu xəbərdarlığı elan olunub.

Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr