AZ

10 rus PUA-sı Polşa səmasına girdi!..-Aeroportlar bağlandı!..-"AVAKS" havaya qalxdı!..-Konqresmen Trampı qətiyyətə çağırdı!..

Polşada sentyabrın 10-na keçən gecə Rzeşov, Lyublin və Varşava hava limanları üzərindəki hava məkanı “planlaşdırılmamış hərbi fəaliyyət” səbəbindən bağlanıb.
 
Moderator.az "TSN"-ı istinadla xəbər verir ki, bu barədə aviasiya xidmətlərinin məlumatlandırma saytındakı mesajda deyilir.
 
Hər üç halda hava limanlarının “planlaşdırılmamış hərbi fəaliyyət” səbəbindən bağlandığı göstərilir.
Polşa səmasında "F-16" qırıcıları, həmçinin "SAAB" -340"("AVAKS" təyyarəsi qaldırılıb.
 
Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı təsdiq edib ki, Polşanın hava məkanının təhlükəsizliyini təmin etmək məqsədilə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanı bütün zəruri prosedurları işə salıb.
 
Monitorinq kanalları Polşaya Volın və Lvov vilayətlərindən bir neçə pilotsuz təyyarənin uçduğunu bildirir.
 
"UNİAN"-ın məlumatına görə, bəzi mənbələrə sentyabrın 10-na keçən gecə Ukrayna hava məkanından Polşa istiqamətində 10-a yaxın hücum pilotsuz uçuş aparatı uçub.
 
"Korrespondent" nəşri isə  xəbər verir ki, ABŞ konqresmeni Co Vilson Rusiya pilotsuz təyyarələrinin Polşa səmasında peyda olmasından sonra ABŞ-ın qətiyyətli addım atmasının vacibliyini vurğulayıb. O, prezident Donald Trampı Kremlə qarşı sərt sanksiyalar tətbiq etməyə və Ukraynaya hərbi yardımı artırmağa çağırıb. Bu barədə o, çərşənbə günü, sentyabrın 10-da "X" sosial şəbəkəsində yazıb.
Seçilən
32
9
moderator.az

8Mənbələr