Amerikanın "Zoom" videokommunikasiya platforması tezliklə Rusiyada bloklanacaq.
Publika.az xəbər verir ki, vunu "TeleBoss" videokommunikasiya platformasının baş direktoru İlya Mamutkin Rusiya telekommunikasiya bazarında aparılan müzakirələrə istinadla bildirib.
"Rusiyanın videokonfrans xidmətləri bazarı hazırda dönüş nöqtəsindədir: bazar nəinki müzakirə edir, həm də artıq qalan xarici platformaları bloklamağa hazırlaşır və təkcə Rusiyada bir neçə böyük kəsinti yaşayan "Google Meet" deyil, həm də "Zoom"dur", - Mamutkin deyib.
Onun fikrincə, "Zoom" və "Google Meet"in ehtimal olunan bloklanması milli MAX messencerindən, eləcə də digər Rusiya platformalarından daha da aktiv istifadəyə səbəb olacaq.
“Aydındır ki, dövlətin əsas vəzifələrindən biri rəqəmsal suverenliyi təmin etməkdir”, - ekspert qeyd edib.
Mamutkinin sözlərinə görə, Rusiya bazarının xarici xidmətlərdən tam imtinaya nə dərəcədə hazır olduğunu hələ dəqiq söyləmək mümkün deyil.
"Bu, korporativ sektor, təhsil və onlayn xidmətlər üçün ciddi problem ola bilər, çünki bu xidmətlər çoxdan uzaqdan görüşlər, mühazirələr və danışıqlar üçün əsas alət olub. Əslində, bu, sadəcə texniki məhdudiyyət deyil, milyonlarla istifadəçinin artıq öyrəşdiyi tanış uzaqdan iş infrastrukturunun yenidən nəzərdən keçirilməsidir", o qeyd edib.