AZ

Sabirabadda “Marafon” futbol klubunun nümayəndə heyəti ilə görüş olub

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sabirabad, 10 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasında rayonun “Marafon” futbol klubunun rəhbərliyi və heyəti ilə görüş təşkil olunub.

İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə rayon rəhbərliyi ilə yanaşı, AFFA-nın Mərkəzi Regional Futbol Federasiyası İctimai Birliyinin, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin nümayəndələri, klubun rəhbərliyi və futbolçuları iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxışında “Marafon”un son nailiyyətlərindən danışıb. Qeyd edilib ki, komanda 24 avqust 2025-ci il tarixdə Azərbaycan Həvəskar Futbol Federasiyası tərəfindən keçirilən Azərbaycan həvəskarlar liqasının finalında “Sumqayıt” futbol komandasına, daha sonra 31 avqustda Azərbaycan kubokunun finalında “Naftalan”a qalib gələrək birinci yerə layiq görülüb. Komandanın son aylarda nümayiş etdirdiyi əzmkar və məqsədyönlü oyunlar yüksək qiymətləndirilib.

Çıxışlarda, həmçinin vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin idmana göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rayon üzrə idmanın kütləviliyinin təmin olunması istiqamətində həyata keçirilən layihələrin gənclərin sağlam həyat tərzinə mühüm töhfə verdiyi diqqətə çatdırılıb. “Marafon” futbol klubunun prezidenti Vüsal Xəlilov çıxış edərək komandanın gələcək inkişaf strategiyasından, qarşıya qoyulan hədəflərdən bəhs edib və göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib. Digər çıxış edənlər də futbolun inkişafı, idmanın kütləviliyinin artırılması və gənclərin sağlam ruhda böyüməsinin vacibliyini önə çəkiblər.

Sonda “Marafon” futbol klubu Fəxri fərmanla təltif olunub, icra başçısına isə klub forması və simvolik hədiyyə təqdim edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
2
azertag.az

3Mənbələr