Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ Energetika Nazirliyi 2025-ci ildə Brent markalı neftin orta qiyməti ilə bağlı proqnozunu artırıb.
"Ölkə.az" xəbər verir ki, proqnoz 0,86 faiz artırılmaqla 1 barel üçün 67,22 dollardan 67,8 dollara çatdırılıb.
Eyni zamanda departament proqnozlaşdırır ki, OPEC+un “səkkizliyi” neft hasilatını artırdığı üçün qlobal ehtiyatların artması səbəbindən Brent kotirovkaları avqustdakı 68 dollardan bu ilin dördüncü rübündə 59 dollara düşəcək. ABŞ Energetika Nazirliyinin proqnozuna görə, 2026-cı ildə Brent neftinin qiyməti orta hesabla 51 dollar olacaq.
ABŞ Energetika Nazirliyinin ekspertlərinin fikrincə, 2026-cı ilin əvvəlində aşağı neft qiymətləri həm OPEC+ ölkələrindən, həm də bir sıra digər istehsalçılardan tədarükün azalmasına səbəb olacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.