1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İspaniyanın "Real Madrid" futbol klubunun nümayəndələri "Qızıl top" mərasiminə qatılmaya bilərlər.
Oxu.Az xəbər verir ki, bu barədə "Marca" qəzeti məlumat yayıb.
Məlumata görə, Fransanın "France Football" jurnalının nümayəndələri Madrid təmsilçiləri ilə görüş keçirib, lakin bu, uğursuz alınıb.
Ötən il "Real Madrid" nümayəndələri mərasimə qatılmayıblar. Boykot qərarı əsas mükafatın klub təmsilçisinə təqdim olunmadığına görə verilib. Belə ki, 2024-cü ildə "Qızıl top"un qalibi İngiltərənin "Mançester Siti" klubunun ispaniyalı yarımmüdafiəçisi Rodri olub.
Növbəti "Qızıl top" mərasimi sentyabrın 22-də Parisdə keçiriləcək. Bu il mükafata namizəd olan "Real Madrid" oyunçuları arasında ingilis Cud Bellingem, fransız Kilian Mbappe və braziliyalı Vinisius Junior var.