AZ

Google un süni intellekti beş yeni dil öyrənib

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

"Google" süni intellekt rejiminin dəstəyini beş yeni dilə genişləndirib: hind, yapon, Koreya, İndoneziya və Braziliya portuqalcası.

Oxu.Az xəbər verir ki, bu barədə "TechCrunch" məlumat yayıb.

Bildirilir ki, funksiya artıq bütün dünyada əlçatandır və daha dəqiq, faydalı axtarış üçün yerli kontekst və mədəni xüsusiyyətləri nəzərə alır.

Alqoritmlər multimodal axtarış və məntiqi nəticə çıxarma imkanları ilə təkmilləşdirilmiş "Gemini 2.5" versiyasından istifadə edir. Bu genişləndirmə süni intellekt rejiminin yalnız ingilis dilində istifadəyə verilməsindən sonra atılmış ilk addımdır. İndi istifadəçilər ana dillərində mürəkkəb suallar verə və ətraflı cavablar ala biləcəklər.

Süni intellekt rejimi ilk dəfə 2025-ci ilin martında ABŞ-də təcrübə kimi təqdim olunub, daha sonra Böyük Britaniya və Hindistanda əlçatan olub. Avqustda isə "Google" bu rejimi 180-dən çox ölkədə aktivləşdirib. Lakin digər dillər üçün dəstək yalnız son vaxtlarda istifadəyə verilib.

Şirkət nümayəndələrinin sözlərinə görə, bu inkişaf süni intellektlə axtarışın həm qlobal, həm də yerli səviyyədə əhəmiyyətini artıracaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
78
5
oxu.az

8Mənbələr