AZ

İran İslam dünyasını İsrailə qarşı birlikdə hərəkət etməyə çağırdı

BAKI, 10 sentyabr. TELEQRAF

İsrail rejiminin məsuliyyətsizliyinə qəti cavab verməyin yeganə yolu İslam dünyasının birlikdə hərəkət etməsidir.

Teleqraf xəbər verir ki, bu bəyanatla İranın xarici işlər naziri Abbas Əraqçi çıxış edib.

"İran beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidlərlə mübarizə naminə əməkdaşlığı dərinləşdirməyə hazırdır", - o, “X” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, sentyabrın 9-da İsrail ordusu Fələstinin HƏMAS hərəkatının Dohadakı qərargahına aviazərbə endirib. Hücum zamanı binada hərəkat rəhbərliyinin toplantısı olub. İsrailin Baş naziri Binyamin Netanyahu HƏMAS liderlərinə qarşı əməliyyata görə bütün məsuliyyəti öz üzərinə götürüb.

Seçilən
72
teleqraf.com

1Mənbələr