AZ

“Dünyanın ikinci ordusu” “gəzən skeletlərə” çevrilib...

...Daimi qida çatışmazlığı səbəbindən Zaporojjya istiqamətində “dünyanın ikinci ordusu” “gəzən skeletlərə” çevrilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, internetdə rus əsgərinin alt paltarlarını çətinliklə geyinə bilən əsgər yoldaşlarını əks etdirən video yayılıb.

Videonun müəllifi sızlayır ki, iki ay əvvəl yoldaşları sağlam görünürdülər, lakin zədələr və xroniki qida çatışmazlığı öz işini görüb.

Videonun şərhində bu əsgərlərin 2-ci Taman motoatıcı diviziyasının 1-ci tank alayında (58198 saylı hərbi hissə), 1-ci motoatıcı alayında (31135 saylı hərbi hissə) və 15-ci motoatıcı alayında (31134 saylı hərbi hissə) xidmət etdikləri bildirilir.

Əli Babayev

Seçilən
3
1
sia.az

2Mənbələr