AZ

"Sabah" Polşa millisinin üzvünü transfer etdi - rəsmi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Masazır təmsilçisi polşalı sol cinah müdafiəçisi Timoteuş Puxaçı transfer edib. 26 yaşlı futbolçu Almaniyanın “Holştayn Kil” klubundan 1 illik icarəyə götürülüb.

Puxaç karyerası ərzində Polşanın “Lex” (2017-21), “Zaqlebie Sosnovets” (2018), “QKS Katovitse” (2018/19), Almaniyanın “Union Berlin” (2021-24), “Holştayn Kil” (2024-25), “Kayzerslautern” (2023/24), Türkiyənin “Trabzonspor” (2022), Yunanıstanın “Panatinaikos” (2023) və İngiltərənin “Plimut” (2025) klublarında çıxış edib. Timoteuş Polşanın əsas millisində 15 oyun keçirib.

Seçilən
35
20
football-plus.az

10Mənbələr