AZ

Emin Mahmudov: "Komanda yoldaşlarıma təşəkkür edirəm"

Millidə ən çox qol vuran futbolçu olduğum üçün çox xoşbəxtəm. Bu yolda çox əziyyət çəkdim. Komanda yoldaşlarıma buna görə təşəkkür edirəm.

İdman.biz xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Emin Mahmudov DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, müvəqqəti baş məşqçi Ayxan Abbasov barəsində də fikirlərini bölüşüb: “O, tez bir zamanda komandada nəyisə dəyişə bilməzdi. Bizə stimul olmaq üçün sözlər dedi. İnanıram ki, qarşıdakı oyunlarda da uğurlu nəticələr əldə edəcəyik”.

Ukrayna ilə 1:1 hesabı ilə bitən görüşdə penaltidən fərqlənən Emin Mahmudov 15 qolla millinin ən məhsuldar futbolçusu olub. İkinci pillədə qərarlaşan Qurban Qurbanovun hesabında 14 qol var.

İdman.biz

Seçilən
21
2
idman.biz

7Mənbələr