AZ

Erməni deputatdan Paşinyanla bağlı QEYRİ-ADİ BƏNZƏTMƏ

Ermənistan parlamentində “Hayastan” blokunun deputatı Qarnik Danielyan yerli hökuməti Qarabağ məsələsini gündəmdən çıxarmaqda ittiham edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Danielyan jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan “Qərbi Azərbaycan” tezisini ardıcıl şəkildə təbliğ edir, bununla bağlı siyahılar aparır, sənədlər yayır. 

Erməni deputatın sözlərinə görə, Ermənistan artıq ATƏT-in Minsk qrupunun ləğvinə razılaşıb və qarşıda “dəhliz vermək” öhdəliyi də var. “Hakimiyyət delimitasiya və demarkasiya adı altında birtərəfli güzəştlərə gedib”, – deyə o vurğulayıb.

Qarnik Danielyan baş nazir Nikol Paşinyanı da sərt tənqid edərək bildirib ki, o, yalnız ermənilərə qarşı “hücumlar” edir, ölkə daxilində isə özünü “maço” və ya “XIV Lüdovik” kimi aparır.\\Musavat.com

Seçilən
3
4
hurriyyet.az

5Mənbələr