AZ

Quterreş İsrailin hücumunu qınadı

BMT-nin baş katibi Quterreş İsrailin Qətərdə HƏMAS rəsmilərinə sui-qəsd təşkil etməsini qınayıb. Metbuat.az xəbər verir ki, o, hücumun Qətərin suverenliyini və ərazi bütövlüyünü pozduğunu vurğulayıb. BMT-nin baş katibi qeyd edib ki, bütün tərəflər davamlı atəşkəsin əldə olunmasına diqqət yetirməlidirlər.

Qeyd edək ki, Qətərin paytaxtı Dohada baş verən partlayışlardan sonra İsrail ordusu HƏMAS-ın yüksək rütbəli rəsmilərini hava hücumunda öldürdüyünü açıqlayıb. HƏMAS hərəkatı da hücumda bir neçə yüksəkrütbəli üzvünun öldüyü açıqlayıb.

Seçilən
60
1
metbuat.az

2Mənbələr