AZ

10 min abonentin qaz təchizatı dayandırılacaq

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Masallının bir sıra ərazilərinin qaz təchizatı dayandırılacaq.

Bu haqda Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilir ki, Masallı rayonu ərazisində yerləşən sənaye və əhali qaz xətlərində aşkar olunmuş qaz sızmalarını aradan qaldırmaq məqsədilə 10.09.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək Təklə, Əhmədli, Sığıncaq, Xoşçobanlı, Stansiya Masallı, Ləngan, Mollahəsənli, Həsənli, Hacıtəpə, Xırmandalı, Köçəkli, Ərəb, Təkdam, Məmmədxanlı, Xallı-Callı, Kürdəbaz, Qədirli, Qarğalıq, Eminli, Viləş, Yeddioymaq-1, Yeddioymaq-2, Şıxlar, Qasımlı, Qızılağac, Alışanlı, Bala Təklə və Səmidxan-1 kəndlərinin ümumilikdə 10 300 abonentinin və 37 sənaye obyektinin qaz təchizatının dayandırılması planlaşdırılır.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
36
cebheinfo.az

10Mənbələr